Yazını böyüt
Yazını kiçilt
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov birbaşa əlaqə zamanı bildirib ki, o, hər bir ölkə vətəndaşı kimi Rusiyada prezident seçkilərində iştirak etmək hüququna malikdir, lakin bunu heç vaxt etməyəcək.
“Mən Rusiya vətəndaşıyam, haqqım var. Başqaları bacarır, çeçenlər bacarmır, yoxsa nə? Amma mən bunu heç vaxt etmərəm... Xüsusilə də müdrik, uzaqgörən, güclü, istedadlı, namuslu, ləyaqətli adamın idarə etdiyi dövləti”, - Çeçenistan lideri bildirib.
Onun sözlərinə görə, belə bir prezidentdən sonra “ölkəyə rəhbərlik etmək, idarə etmək demək olar ki, mümkün deyil”.
Kadırov həmçinin Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putinə uzun müddət hakimiyyətdə olmağı arzulayıb. Eyni zamanda o, Rusiya liderinə kömək edəcəyinə söz verib.