Kadırov Ukraynaya yeni könüllülər göndərir

20:28 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yeni könüllülər qrupunun Qroznı Beynəlxalq Hava Limanından Ukraynaya uçduğunu bildirib.

“Hərbi hazırlığın hərbçinin həyatında mühüm rol oynadığını, onun uğuru və xidmət zamanı təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıdığını dərk edərək, biz bütün döyüşçülərə Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetində hərbi kurslar keçmək imkanı yaratmışıq”- o yazıb.

Çeçenistan liderinin sözlərinə görə, hərbi təlim prosesində könüllülər nizam-intizam, ünsiyyət, stressə davamlılıq və komandada işləmək bacarığı kimi keyfiyyətlərə yiyələniblər. Onlar həmçinin müxtəlif növ atıcı silahlar, qumbaralar, döyüş sursatları və digər hərbi texnika ilə necə davranmağı öyrəniblər.