Kot Divuar və Qanadakı iri kakao zavodları toxum xərclərini ödəyə bilmədiklərinə görə istehsalı azaltmaq və ya dayandırmaq qərarına gəliblər.
Hafta.az-ın “Market Screener”ə istinadən yazdığına görə, dünya kakao istehsalının yüzdə 60-ını qarşılayan iki ölkədən gələn xəbərlərin ardından bütün dünyada şokoladın qiymətlərinin kəskin artacağı gözlənilir.
Son üç ildə iqlim şəraitinə görə kakao məhsulunun azalması artıq şokolad istehsalçılarını qiymətləri artırmağa sövq edib. İstehsalın azaldılması 4-cü ilə qədər uzandıqca vəziyyətin daha da pisləşəcəyi təxmin olunur.
“Reuters”in məlumatına görə, kakaonun qiyməti keçən il iki dəfədən çox artıb.
Tropik Tədqiqatlar Mərkəzinin kakao mütəxəssisi Stiv Vateridge deyibi: "Təchizatın pozulmasının öhdəsindən gəlmək üçün ciddi tələbat azaldılması tələb olunur".
İstehsalçılar yalnız xam kakaodan istifadə edərək şokolad istehsal edə bilməzlər. Bunun əvəzinə toxumlar yağ və maye halına salınmalıdır. Lakin toxumun qiymətinin artması bu prosesi edənləri çarəsiz qoyub.
Kot Divuarın 9 ən böyük zavodundan biri olan “Transcao”, qiymət artımı səbəbindən toxum almağı dayandırdığını açıqlayıb. Zavod anbardakı toxumların hələ emal olunduğunu bildirsə də, mənbələr anbarların da boşalmaq üzrə olduğunu qeyd edib.
Mənbələrdən biri ölkədəki dövlət müəssisələrində dünyanın kakao ehtiyacının az qala yarısını ödəyən istehsalın dayanmaq üzrə olduğunu bildirib.
İkinci iri kakao istehsalçısı olan Qanada 8 zavodun bir çoxunda istehsalın tez-tez dayandırıldığı bildirilir.
Dövlət kakao şirkəti CPC-dən verilən açıqlamada müəssisələrin 20 faiz güclə işlədiyi qeyd olunub.
Beynəlxalq Kakao Təşkilatı (ICCO) qlobal istehsalın bu il 10,9 faiz azalaraq 4,45 milyon tona çatacağını gözləyir. ICCO-nun məlumatlarına görə, kakao bazarında ardıcıl 4 il ərzində ilk dəfə olaraq təklif kəsiri yaranıb.