Kanada hakimiyyəti cümə günü Rusiya, İran və Myanmadan olan şəxslərə və ya qurumlara qarşı "insan hüquqlarının pozulması" iddiası ilə yeni sanksiyalar tətbiq edib. Bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Ukraynada xüsusi əməliyyata qarşı çıxan ruslara qarşı “sistematik insan haqlarının pozulmasında” əli olduğu iddia edilən 33 indiki və ya keçmiş yüksək vəzifəli Rusiya məmuru və 6 təşkilat sanksiyaya məruz qalıb.
Kanada həmçinin İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli nümayəndələrinə, hüquq-mühafizə orqanlarına və İranın dövlət mediasının bəzi xadimlərinə, həmçinin siyasi dairələrin nümayəndələrinə, o cümlədən ali dini liderin müşavirlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.