“Kandıralı Ferdi” həbs olundu

14:56 04.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mahnıları səhv oxuması ilə sosial şəbəkədə məşhurlaşan və “Kandıralı Ferdi” kimi tanınan türkiyəli fenomen Ferdi Gülezen həbs olunub.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, o, qatıldığı davaya görə “qəsdən adam yaralama” ittihamı ilə 3 il 6 ay həbs cəzasına məhkum edilib.

Hökm Ali Məhkəmədə dəqiqləşdikdən sonra Gülezen Kandıra rayonunda saxlanılıb.