Karateçimiz Avropa çempionu oldu - FOTO

18:35 09.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniyada keçirilən Fudokan karate üslubu üzrə 28-ci Avropa çempionatında Azərbaycan karateçisi Babək Qələmzadə böyüklər arasında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanıb.

Hafta.az bildirir ki, karateçilərimiz mötəbər yarışda Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edirlər.

Komandamız Fudokan üzrə nümayəndə Vüsal Abdullazadə və baş məşqçi Bəşir Mahmudovun rəhbərliyi altında çıxış edir.