Keçmiş məhkum saxlanılıb

15:48 20.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyən edilib.

Rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev saxlanılıb.