İrimiqayaslı layihələrin həyata keçirilməsi göstərir ki, vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıdışı uzun vaxt aparmayacaq. Bİz tezliklə Kəlbəcərə, digər işğaldan azad olunmuş bölgələrə qayıdacağıq. Eyni zamanda cənab Prezidentin vurğuladığı kimi ağıllı kənd, ağıllı qəsəbə, ağıllı şəhər konsepsiyalarının həyata keçirilməsi məsələsi də artıq reallaşmaq üzrədir.
Bu fikirləri hafta.az-a Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, burada bir çox xırda kəndlərin iri kəndlərə birləşdirilməsi məsələsi nəzərdə tutulub. Hələ bu istiqamətdə rəsmi bir açıqama yoxdur:
"Bununla əlaqədar olaraq sakinlərimiz də çoxlu sayda müraciətlər edirlər. Sosial şəbəkələrdə yazırlar ki, guya Kəlbəcərdə hansısa 4-5 kənd filan bir kəndə birləşdirilib. Bu kəndlərin birləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Sənədləşmə işlərindən sonra işlər aparılır. Bununla bağlı rəsmi sənədləşmə işi aparılmayıb. Bu məsələlər ətrafında Milli Məclisdə Komitədə də müzakirə apardıq və məsələlərin nə dərəcədə düzgünlüyü haqqında müzakirələrimiz oldu. Belə qərara gəldik ki, aidiyyəti qurumlar Milli Məclisə dəvət edilib onların iştirakı ilə dinləmələr keçirilsin. Düşünürəm ki, vətəndaşlarımızı daha doğru cavablandırmaq üçün bu istiqamətdə müzakirlərimiz olacaq. Hazırda vəziyyət bu cürdür. Real olaraq Kəlbəcərdə hər hansı bir kəndin birləşdirilməsi ilə bağlı heç bir rəsmi sənədləşdirmə işləri aparılmayıb”.