Kəmaləddin Heydərov Sumqayıtda yanğın baş verən ərazidədir

21:00 28.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-dən hafta.az-a bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Qeyd edək ki, yanğının söndürülməsinə yanğınsöndürən maşınlarla yanaşı, 2 helikopter də cəlb olunub.