Kilsədağ məbəd kompleksi ərazisində arxeoloji qazıntılara başlanıb

17:39 10.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Albaniyasının maddi-mədəni irsinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Kilsədağ məbəd kompleksi ərazisində növbəti arxeoloji qazıntılara başlanıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan hafta.az-a bildirilib ki, arxeoloji qazıntılara əsasən ərazidə daha iki ədəd dini-ictimai təyinatlı bina qalıqlarının bünövrəsi müəyyən edilib. Tədqiqat prosesində dairəvi məbəd kompleksi ilə eyni dövrə aid iriölçülü binaların sayı beşə çatıb. Arxeoloji qazıntılar zamanı antik dövr üçün xarakterik olan kərpic və kirəmitdən ibarət tikinti materialları, ilk orta əsrlər və orta əsrlərə aid keramik əşyalar və şüşə qab hissəcikləri aşkar edilib.

Arxeoloji tədqiqatlar iyulun 30-dək davam edəcək. Ekspedisiyanın rəhbəri tarix üzrə fəlsəfə doktoru dosent Natiq Alışovdur.