Kiyev Almaniyanı “Taurus” uzaqmənzilli raketlərini ötürməyə çağırıb

20:16 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri komandanlığının müşaviri Yuri İqnat Almaniyanı Ukraynaya alman “Taurus” raketlərini ötürməyə çağırıb. TASS xəbər verir.

"Almaniya hökuməti hansı qərarı verəcək - ümid edirəm ki, bu, Ukraynanın xeyrinə olacaq" deyib.

O, Qərbin uzaqmənzilli raketlərinin effektivliyini qeyd edib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Telegram kanalında ölkənin Fransadan uzaqmənzilli SCALP raketləri aldığını təsdiqləyib.