Köçəryan erməniləri “Moskva” kinoteatrında qəbul edəcək

18:39 16.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryan İrəvandakı son etirazlar zamanı onunla  yaranmış durumla bağlı görüş tələb edən bir qrup haykı sentyabrın 19-da kinoteatrda qəbul edəcək.

Hafta.az xəbər verir ki, erməni mediasının yazdığına görə,  bu haqda R. Köçəryanın oğlu Levon Köçəryan öz “Facebook” səhifəsində yazıb.

“Bir qrup soydaşımız Robert Köçəryanla görüşmək arzusunda olduqlarını bildiriblər. Dünən ofisə gələn vətəndaşlara söz verdiyim kimi, elan edirəm ki, görüş bazar ertəsi saat 13:00-da  "Moskva” kinoteatrının qırmızı zalında baş tutacaq".

P.S. Görünür, Putinin dostu sayılan Köçəryanın məhz “Moskva” kinoteatrında görüş keçirməsi rəmzi məna daşıyır…

Siyasət rubrikasından digər xəbərlər