“Ölkəmizin bu biabırçı vəziyyətində hakimiyyət günahkardır, ona görə də bütün addımlar hakimiyyətin uzaqlaşdırılmasına yönəlməlidir”.
Bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının yeni seçilmiş üzvü Levon Köçəryan bu gün, noyabrın 14-də də jurnalistlərlə söhbətində bəyan edib.
“Bu baxımdan heç nə dəyişməyib. Hakimiyyətin uzaqlaşdırılmasının necə həyata keçirilməsinə gəlincə, indi müxtəlif küçə aksiyaları baş verib, seçkilərdə iştirak olub və düşünürəm ki, gələcəkdə də bəzi şeylər olacaq. İndi müəyyən şeyləri deyə bilmərəm, bilmirəm, konkret qısamüddətli fəaliyyət planı hazırlanıb, ya yox. Uzunmüddətli perspektivdə düşünürəm ki, belə bir plan var",- deyə L. Köçərayn bildirib.
Xatırladaq ki, Levon Köçəryan Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Robert Köçəryanın oğludur. Onun parlament fraksiyasına yenicə üzv seçildiyi “Hayastan” siyasi blokunun lideri də məhz Robert Köçəryandır.