Yazını böyüt
Yazını kiçilt
Kinşasada güclü yağışlar 120 nəfərin həyatına son qoyub. Bu barədə hafta.az “Reuters” agentliyinə istinadən xəbər verir.
Əvvəllər Konqo mediası 100-ə yaxın qurban haqqında məlumat verirdi.
Qeyd olunur ki, yağışlar nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri nəticəsində əhalisi 15 milyondan çox olan metropolun bütün məhəllələri su altında qalıb, evlər və yollar dağılıb.
Hakimiyyət Kinşasa əhalisini şəhər küçələri ilə hərəkət edərkən diqqətli və sayıq olmağa çağırıb.