Konstitusiya Məhkəməsinin Plenumu nə qədər qərar və qərardad qəbul edib?

10:37 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fəaliyyət göstərdiyi ötən illər ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 604 qərar və 182 qərardad qəbul edilib.

Hafta.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə AZƏRTAC-a yazdığı məqalədə bildirilib.

Konstitusiya Məhkəməsinin sədri əlavə edib ki, bu qərar və qərardadlarda formalaşdırılan hüquqi mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir.