Kosovonun tanınmasına heç vaxt icazə verməyəcəyəm - Dodik

18:40 02.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bosniya serblərinin lideri Milorad Dodik bildirib ki, Bosniya və Herseqovina heç vaxt Kosovonun müstəqilliyini tanımasına imkan verməyəcək.

Dodik bildirib ki, Kosovo 2008-ci ildə beynəlxalq qaydaları pozaraq müstəqilliyini elan edib: "Var olduğu müddətcə Bosniya və Herseqovinanın bu münasibəti heç vaxt dəyişməyəcək. Buna icazə verməyəcəyəm".

Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinə son qoyan Dayton Sülh Sazişinin gətirdiyi mürəkkəb siyasi quruluş da Kosovonun müstəqilliyinin tanınmasına əngəl törədir. Dövlətin ən yüksək orqanı olan Rəyasət Heyətində hər hansı bir qərarın qəbul edilməsi üçün bosnyak, xorvat və serbləri təmsil edən üç şura üzvü razı olmalıdır.