Kralı III Çarlz baş polkovnik təyin edilib

11:15 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya kralı III Çarlz mərhum anası kraliça II Yelizavetin əvvəllər tutduğu Kral Mühəndisləri Korpusunun baş polkovniki təyin edilib.

Hafta.az-ın yazdığına görə, Bukingem Sarayı bildirib ki, bu vəzifə 1904-cü ildə Kral VII Edvard tərəfindən kral ailəsinə verilib və proses "uzun müddət davam edən ənənə" kimi təsvir edilib.

İstehkamçılar kimi tanınan mühəndislər Böyük Britaniya Silahlı Qüvvələrinə və onun müttəfiqlərinə qlobal hərbi mühəndislik və texniki dəstək verir.

Kral Mühəndisləri Korpusunun rəisi general-leytenant Ser Tiron Urç, "Mən Əlahəzrət Kralın bizim yeni Baş Polkovnik olmağa razılıq verməsindən çox məmnunam" deyib.

Almaniyaya rəsmi səfəri zamanı Çarlz çay üzərindəki ponton körpüsünün 23-cü Amfibiya Mühəndisləri Eskadronunun təqdimatına baxmaq üçün Brandenburqda Kral Mühəndislərinin nümayəndələri ilə görüşəcək.

Məlum təyinat mayın 6-da onun və Kraliça Kamillanın tacqoyma mərasimindən əvvəl baş tutub.
Mərasim Londondakı Westminster Abbey-də keçiriləcək və "azaldılmış" tədbirə 2 min qonağın qatılacağı gözlənilir. Hansı ki, bu tədbir kraliça Yelizavetin 1953-cü ildə 8 min qonağın iştirak etdiyi tacqoyma mərasimindən təəccüblü dərəcədə sadə olacaq.

2022-ci ilin noyabrında 74 yaşı tamam olmuş Çarlz Britaniya tarixində tac qoyan ən yaşlı kral olacaq.