Kriştiano Ronaldo qırmızı vərəqə alıb

08:48 14.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İrlandiya Respublikası ilə səfər oyununda birbaşa qırmızı vərəqə alıb.

Hafta.az xəbər verir ki, matçın 61-ci dəqiqəsində Ronaldo rəqib müdafiəçisi Dara O’Şiyə dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub. Hadisə baş verdiyi anda İrlandiya yığması 2:0 hesabı ilə önündə idi.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.