Kriştianu Ronaldu tarixi rekorda imza atıb

11:45 15.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu tarixi rekorda imza atıb.

Hafta.az xəbər verir ki, 40 yaşlı forvard Macarıstan yığması ilə ötən gecə keçirilmiş oyunda (2:2) dubl edərək dünya çempionatının seçmə mərhələlərində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Ronaldu 50 oyunda 41 dəfə fərqlənməklə, Qvatemala millisinin hücumçusu Karlos Ruisin (39 qol) rekordunu yeniləyib.