Yazını böyüt
Yazını kiçilt
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Cənubi Qafqazda vəziyyətin deeskalasiyasına(gərgnliyin azaldılmasına) yönəlmiş layihəsi qüvvədə qalır və konsensus əldə olunarsa, qəbul oluna bilər.
Hafta.az “TASS”-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən görüşündə deyib.
“Cənubi Qafqazda yaranmış vəziyyətdən danışarkən vurğulamaq istərdim ki, KTMT-nin regionda vəziyyətin yumşaldılmasına yönəlmiş qərar layihəsi, təəssüf ki, ötən ilin noyabrında Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında qəbul olunmayıb. Lakin konsensus əldə olunacağı halda o, qüvvədə qalır”, - deyə KTMT baş katibi bildirib.