Küləyin sürəti 21 m/s-dək artıb - FAKTİKİ HAVA

15:30 05.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.