Yazını böyüt
Yazını kiçilt
Küveyt televiziya serialları və filmlər vasitəsilə gənc beyinləri hədəf almağa başlayan əxlaqsız LGBT pozğunluğuna "dur" dedi. Onun “Küveytdə” filmi azğın LGBTİ aktyorların da olduğu aktyor heyətinə görə qadağan edilib.
Hafta.az-ın yazdığına görə, Brodvey musiqili əsasında çəkilmiş "Pislər" filmi nümayiş olunmazdan əvvəl Küveytdə qadağan edilmişdi.
“Variety” filmin Küveytdə kino siyahılarından çıxarıldığını təsdiqləyib. “Variety” bildirib ki, bəzi yerli media qurumları bu qərarın səbəbi kimi LGBTİ kadrları göstərib.
Universal-ın imzası olan film Körfəz ölkəsində qadağan edilmiş ən son Hollivud idxalı oldu. Ölkə daha əvvəl "ictimai etika"nı qorumaq üçün "Barbi"ni yasaqlamışdı.