Laçında "Ural" aşıb, ölən var

10:57 09.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Laçında avtomobil aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, mayın 6-da saat 17 radələrində Laçın rayonunun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.