Yazını böyüt
Yazını kiçilt
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva “bütün şəraiti və tərəfdaşların müraciətini nəzərə alaraq” Ukrayna, BMT və Türkiyə ilə taxıl müqaviləsini daha iki ay uzatmağa razılaşıb. Eyni zamanda, diplomat Lenta.ru-nun sualını cavablandıraraq, bu iki ayın “həlledici olacağını” vurğulayıb.
“BMT-nin Baş katibi Antonio Quterreş çalışır, biz bunu görürük. Onun işçiləri çalışırlar, vaxtaşırı Rusiya kənd təsərrüfatı məhsullarının normal ixracına mane olan sanksiyalar tətbiq edən ölkələrlə əlaqə saxlamağa çalışırlar, lakin indiyədək heç bir nəticə görməmişik”, - deyə Lavrov bildirib.