Lənkəranda ev yanıb

09:52 03.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran şəhərinin Gərmətük qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.