Lənkəranda qəza - Ölən və xəsarət alanlar var

17:04 24.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, iyulun 23-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Bakı şəhər sakini V.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Azadə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.