Lerikdə ev yanıb

14:45 11.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lerik rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Bobla kəndində ümumi sahəsi 110 m² olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.