Levon Köçəryanın köməkçisi jurnalisti döydü?

18:29 30.04.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın terrorçu eks-prezidenti, Xocalı canisi Robert Köçəryanın oğlunu müşayiət edən şəxslə “Civic” saytının jurnalisti arasında faktiki insident baş verib.

Hafta.az xəbər verir ki, bnu haqda “ArmenianReport” məlumat yayıb.

Müxalif “Ermənistan” fraksiyasının deputatı Kristin Vardanyan bildirib ki, deputatlardan birinin köməkçisi ilə jurnalist arasında insident  Erməmnistan Milli Assambleyasının həyətində baş verib.

“Söyüş oldu, sonra dava oldu. Kimin kimə nə dediyi, kimin kimə vurduğu haqda heç bir məlumatım yoxdur. İnanıram ki, tezliklə daha ətraflı məlumat üzə çıxacaq. Əminəm ki, hüquqi proses başlanacaq. Hazırda deyə bilərəm ki, hadisədən xəbərdarıq, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları və vəkillər şərh verəcəklər”,-deyə deputat izah edib.

Siyasət rubrikasından digər xəbərlər