Litva ABŞ-dan səkkiz HIMARS reaktiv yaylım atəşi sistemi alır

16:55 16.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Litva Birləşmiş Ştatlarla 8 ədəd HIMARS reaktiv buraxılış raket sistemlərinin (MLRS) alınmasına dair müqavilə imzalayıb. Bu barədə hafta.az respublikanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Mən çox şadam ki, bu il biz bu mühüm sistemi əldə etmək üçün müqavilə imzalamışıq. İndi biz ABŞ-la HIMARS-ın inteqrasiyası üzrə əməkdaşlığı müzakirə etməyə başlayırıq – kadr hazırlığı, texniki xidmət”, – Litvanın müdafiə naziri Arvydas Anusauskas ABŞ-da Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşü zamanı bildirib.

Razılaşmaya əsasən, Litva müxtəlif növ döyüş və təlim raketləri olan səkkiz HIMARS sistemi, o cümlədən 300 kilometr mənzilli ATACMS alır. Litva nazirinin sözlərinə görə, Amerika MLRS-nin ilk tədarükü 2025-ci ilə planlaşdırılır. BNS-in məlumatına görə, müqavilənin ilkin dəyəri təxminən 495 milyon dollardır.

Eyni zamanda, HİMARS sisteminin quraşdırılması və texniki xidməti, onun NATO-nun uzaqmənzilli raketdən müdafiə şəbəkəsinə inteqrasiyası, həmçinin şəxsi heyətin hazırlanması üçün avadanlıq alınacaq.