Lökbatan-Güzdək yolunda təmirə başlanılıb - VİDEO

14:23 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır.

Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.