Lukaşenko onu xarici işlər naziri təyin etdi

17:16 13.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Xarici İşlər Nazirliyində və ölkənin Silahlı Qüvvələrində kadr dəyişiklikləri həyata keçirib, BelTA dövlət agentliyi xəbər verir.

Belə ki, o, əvvəllər XİN-də nazirin birinci müavini vəzifəsində çalışmış Sergey Aleyniki Belarus Xarici İşlər Nazirliyinin rəhbəri təyin edib.

Aleynik dövlət başçısına cavabda göstərdiyi yüksək etimada görə təşəkkür edib. Lukaşenko qeyd edib ki, bu vəzifə asan olmayacaq.

Bundan əlavə, Lukaşenko Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini vəzifəsində çalışmış Andrey Lukyanoviçi Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının yeni komandiri təyin edib.

Prezident həmçinin bildirib ki, bir gün əvvəl Aleynik və Lukyanoviçlə yeni vəzifələrində gələcək fəaliyyətlərinin bütün nüanslarını müzakirə edib.