“Forbes” jurnalının Rusiya nəşri enerji nəhəngi “Lukoyl”un sayəsində birbaşa və ya dolayı yolla sərvət qazanan 13 nəfər haqqında reportaj hazırlayıb.
Hafta.az illərdir onun qurucu prezidenti Vahid Ələkbərovla əlaqəli olan şirkətin keçmiş və hazırkı səhmdarları, menecerləri, təchizatçıları olan və ya öz şirkətlərini Lukoil-ə sataraq böyük sərvətlər qazanmış 13 adı təqdim edir:
Vahid Ələkbərov (səhmdar), xalis sərvəti 28,7 milyard dollar.
Leonid Fedun (səhmdar), xalis sərvəti 10,5 milyard dollar.
Aleksandr Caparidze (keçmiş təchizatçı), xalis sərvəti 2,3 milyard dollar.
Aleksandr Putilov (keçmiş neftçi), sərvəti 1,35 milyard dollar.
Andrey Kuzyayev (keçmiş neftçi), sərvəti 1,3 milyard dollar.
Qriqori Beryozkin (keçmiş neftçi), sərvəti 1,1 milyard dollar.
Anton Fedun, Yekaterina Fedun (səhmdarlar), hər birinin sərvəti 1,1 milyard dollardır.
Serik Rəhmətov (keçmiş neftçi), sərvəti 900 milyon dollar.
Ralif Safin (keçmiş səhmdar), xalis sərvəti 500 milyon dollar.
Larisa Ələkbərova (səhmdar), sərvəti 500 milyon dollar.
Lyubov Hoba (səhmdar), xalis dəyəri 350 milyon dollar.
Lukoyl 1991-ci ildə üç sovet neft şirkətinin birləşməsi nəticəsində yaranıb. Təsisçilər arasında ən görkəmli ad bu gün də şirkətlə əlaqəli olan Vahid Ələkbərovdur. Şirkətin Londonda ilkin kütləvi təklifindən əvvəl elan edilmişdi ki, Ələkbərov 10,38 faiz, onun yaxın həmkarları Nikolay Tsvetkov 5,26 faiz, Leonid Fedun isə 4,62 faiz paya sahibdir. Lakin birləşmədə iştirak edən digər keçmiş rəhbərlər bu tortdan gözlənilən payı ala bilməyiblər.
Bəzi keçmiş menecerlər var-dövlətlərini “Lukoil”in filiallarından ayrılan layihələrdə axtarırdılar. Məsələn, Aleksandr Putilov və Aleksander Caparidze tərəfindən təsis edilən Avrasiya Qazma Şirkəti (EDC) bir müddət ərzində əhəmiyyətli uğurlar əldə etdi. Ancaq illər keçdikcə şirkətin dəyəri əhəmiyyətli dərəcədə aşağı düşdü. Digər tərəfdən, “Lukoyl”un səhmlərinə sahib olanlar uzunmüddətli perspektivdə böyük qazanc əldə etdilər. Şirkətin səhmlərinin dəyəri 2004-cü ildən bəri 2,75 dəfə artıb, müntəzəm dividend ödənişləri də investorları sevindirib. Ələkbərovun təkcə bu dövrdə dividend gəlirlərindən əldə etdiyi ümumi gəlir 15,8 milyard dollar təşkil edib.
Lakin bu zənginlik hekayələrinin bəzilərinin dramatik sonluğu olub. Keçmiş menecer Ravil Maqanov 2022-ci ildə Moskvada xəstəxananın pəncərəsindən “yıxılaraq” dünyasını dəyişib.