MİHİ Respublika Komitəsi tərəfindən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılıb

09:15 07.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi tərəfindən Zəfər Günü ərəfəsində 44 günlük Vətən müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid ailələrinə və qazilərə bayram sovqatları paylanılıb.

Bu barədə hafta.az-a Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən məlumat verilib.