Macarıstan səfiri Bakı və Sumqayıtda dəfn olunmuş macarların məzarlarını ziyarət edib - FOTO

13:15 17.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma, Səfirliyin Müdafiə, Hərbi və Hava Attaşesi, polkovnik Sabolç Şari, I və II Dünya müharibələri zamanı Azərbaycan ərazisində həlak olan macarların, eləcə də almanların və avstriyalıların dəfn olunduğu Bakının Yasamal rayonu və Sumqayıt qəbiristanlıqlarına  ehtiram əlaməti olaraq baş çəkib və əklillər qoyublar.

Hafta.az-ın yazdığına görə, səfir Tamaş Torma öz sosial səhifəsində yazıb ki, bu səfər Almaniya səfirinin təşəbbüsü ilə Anım günü münasibətilə Avstriya səfiri ilə birlikdə baş tutub.

Anım Mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib. Bildirilir ki, onun rəhbərliyi altında Sumqayıt şəhər qəbiristanlığı nümunəvi vəziyyətdə saxlanılır.