Yazını böyüt
Yazını kiçilt
Kiyev Zakarpatiyada yaşayan macarların hüquqlarını bərpa etməyənə qədər Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulmasını dəstəkləməyəcək. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Belə bir vəziyyətdə biz Ukraynanın Avropa birliyinə inteqrasiyası ilə bağlı irəliləyişə dəstək verə bilməyəcəyik", - diplomat bildirib.