Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

19:33 17.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün sənəd qəbulunun müddəti 18 may saat 10:00-dək uzadılıb.

Hafta.az DİM-in saytına istinadən xəbər verir ki, bu gün saat 18:32-yə olan məlumata görə, 20618 bakalavr artıq ərizəsini təsdiq edib.

Onlardan 18 921-si Azərbaycan, 1697-si isə rus bölməsi üzrə təhsil alanlardır.

Qeyd edək ki, sənəd qəbulunun müddəti bu gün 23:59-da başa çatmalı idi.