Yazını böyüt
Yazını kiçilt
Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib.
Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, müğənninin anası Faike Bazencir dünyasını dəyişib. O, 99 yaşında vəfat edib.
Qeyd edək ki, müğənni hər zaman anasına düşkün olması ilə diqqət çəkib. Hətta 1998-ci ildə “Yıkılmadım” mahnısına çəkdirdiyi klipdə anası ilə birgə kamera qarşısına keçmişdi.
