Malayziyada torpaq sürüşməsi nəticəsində 31 nəfər ölüb

21:00 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Malayziyada turist düşərgəsinin torpaq sürüşməsinə məruz qalması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Hafta.az xəbər verir ki, xilasedicilər son sutka ərzində daha 1 nəfərin cəsədini aşkarlayıb. Artıq axtarış-xilasetmə işləri dayandırılıb.

Faciə dekabrın 16-da gecə saatlarında Kuala-Lumpur şəhərindən 50 kilometr şimalda yerləşən turist düşərgəsində baş verib. Təbii fəlakət nəticəsində təxminən 1,2 hektar ərazi torpaq altında qalıb. Xilasedicilər indiyə qədər 61 insanı xilas edə biliblər.