Martın 19-da yağışın intensivliyi azalacaq

17:26 18.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir.

Hafta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, 19 martda yağışın intensivliyi azalacaq:

“Amma günün birinci yarısında fasilələrlə yağıntılı olacaq. 20 martda da həmçinin yağıntı ilə bərabər külək də güclənəcək. Paytaxda havanın temperaturu 3- 5 dərəcə arasında olacaq. Martın 21-i səhər saatlarında külək zəifləyəcək. Gündüz saatlarında fasilələrlə yağış yağacaq".