Masallıda ata oğlunun asılmış meyitini tapdı

17:47 25.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallıda intihar hadisəsi olub.

 

Hafta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Fərzəliyev Orxan Şəkərəli oğlu mal-qara saxlanılan tikilidə özünü asıb.

 

İlkin ehtimala görə, O. Fərzəliyevin uzun müddətdir psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.

 

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.