Masazırda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

12:54 20.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-dən bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqşin Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.