Maşın dərəyə aşıb, yaralılar var

19:15 28.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub.

Hafta.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Dağ Kəsəmən kəndi ilə hərəkətdə olan "VAZ" markalı avtomobil idarəetmədən çıxaraq, dərəyə aşıb.

Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.