Mask Twitter-də əmiuşağı və şəxsi vəkili işə götürdü

15:13 08.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sahibkar Elon Mask Twitter-də ata tərəfdən əmiuşağı, vəkili üçün iş təşkil edib. Bu barədə hafta.az Business Insider qəzetinə istinadən xəbər verir.

Qəzet mənbələrinə görə, Muskın əmisi oğullarından biri Endryu proqram mühəndisi, digəri Ceyms isə çox yönlü köməkçi kimi xidmət edir.
Həmçinin bildirilir ki, milyarder şəxsi vəkili Aleks Spironu və Musk ailəsinin “Excession” investisiya firmasını idarə edən “sağ əli” Jared Birçalı işə götürüb.

Daha əvvəl nəşr mənbələrə istinadən xəbər vermişdi ki, əvvəllər təxminən 7,5 min nəfər olan Twitter-in işçi heyəti Maskın şirkəti satın almasından sonra təxminən 70% azalıb.

Oxunma sayı 1493