Yazını böyüt
Yazını kiçilt
SpaceX və Tesla-nın baş direktoru İlon Mask Twitter-i satın aldığını açıqlayıb. Mask alqı-satqısını şəxsi Twitter hesabında elan edib. Məşhur milyarder bu mesajla alış səbəbini dünyaya açıqlayıb.
Hafta.az xəbər verir ki, razılaşmanın əldə olunduğunu bildirən milyarder iş adamı reklamçılara ünvanlanan mesaj yayıb.
Rəsmi Twitter hesabından açıqlamalar verən Musk, aşağıdakı ifadələrdən istifadə edib:
“Twitter”i niyə aldığım və reklam haqqında nə düşündüyümlə bağlı çoxlu fərziyyələr var. Çoxu yanıldı. Mən Twitter-i aldım, çünki sivilizasiyanın gələcəyi üçün çoxlu inancların sağlam, qeyri-zorakı şəkildə müzakirə oluna biləcəyi ortaq rəqəmsal şəhər meydanının olması vacibdir”.