Yazını böyüt
Yazını kiçilt
Futbolçuların transfer qiymətləri üzrə ixtisaslaşmış "Transfermarkt" portalı İspaniya La Liqasında çıxış edən oyunçuların dəyərlərini yeniləyib.
Hafta.az xəbər verir ki, "Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe 20 milyon avro ucuzlaşıb.
Fransalı forvardın qiyməti 200 milyon avrodan 180 milyon avroya düşüb.
Geridə qalan mövsümdə İspaniya nəhənginin forması ilə bütün turnirlərdə 44 matça çıxan Mbappe 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 27 yaşlı futbolçunun "Real" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.