MEDİA və Audiovizual Şuranın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

20:12 20.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyinin (MEDİA) və Audiovizual Şuranın kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə hafta.az-a MEDİA-dan məlumat verilib.

Bildirilib ki, ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə qərənfillər düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.