Media Reyestri artıq hazırdır - Rəsmi

17:00 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Media Reyestri artıq hazırdır.

Hafta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

"Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır" -, deyə N.Məmmədli əlavə edib.

N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib.

"Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilati-hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Sərəncamda qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq", - deyə o qeyd edib.