Yazını böyüt
Yazını kiçilt
Media Reyestrində qeydiyyatdan keçənlərin sayı açıqlanıb.
İndiyə qədər Media Reyestrində qeydiyyatdan keçmək üçün 200-dən artıq media subyekti müraciət edib.
Hafta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün hesabat konfransında deyib.
Onun sözlərinə görə, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digrlərinin müraciətləri baxılmaqdadır.
Ə.İsmayılov Media Reyestrində qeydiyyatdan keçən hurnalistlərin sayını da açıqlayıb. "Həmçinin 180 nəfərə qədər jurnalistin müraciəti təsdiq edilib" - o bildirib.