Məhkəmə Meghan Markleni haqlı çıxardı

11:00 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meghan Markle məhkəmədə ögey bacısı Samanta Markle tərəfindən açılan 75 min dollarlıq böhtan iddiasını qazanıb. ABŞ-ın Florida ştatının federal məhkəməsi keçirilən məhkəmə iclasında Susseks hersoginyasını haqlı hesab edib.

Hafta.az-da “The Daily Beast”a istinadən yazdığına görə, Meghan və əri şahzadə Harri iki il əvvəl məşhur teleaparıcı Opra Uinfriyə müsahibə vermişdilər. Şahzadə Harri və Meghan burada verdikləri açıqlamalarla mübahisə yaradıblar.

Samanta Markle fevralda məhkəməyə müraciət edərək bacısının onun haqqında bəzi yalan ifadələr işlətdiyini iddia edib. 58 yaşlı Samanta Markle, "açıqca yalan və zərərli" olaraq xarakterizə etdiyi ifadələrin "alçaldıcı və nifrət dolu" olduğunu deyib.

Sussex hersoginyasının onunla çox vaxt keçirmədiyi və tək böyüdüyünə dair açıqlamanı da təkzib edən Samanta Markel, Meghanın 2020-ci ildə "Fining Freedom: Harry and Meghan and the Makeing of a Modern Royal Family" filmində, eləcə də "Yaradılış" kitabında da yalan ifadə verdiyini iddia edib.

Hakim Charlene Edvards Honeyvill deyib ki, o, Meghanın fikirlərini bölüşür və "yanlış sübut edilə bilməz". Hakim qeyd edib ki, Sasseks hersoginyasının fikir və ifadə azadlığını təmin edən ABŞ Konstitusiyasına Birinci Düzəliş əsasında fikir bildirmək hüququ var.