Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

13:19 09.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm!".

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" səhifəsində bildirib:

 "Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy, bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"